Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın Müşahidə Şurasının əsasnaməsi təsdiq olunub

Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın Müşahidə Şurasının əsasnaməsi təsdiq olunub Əsasnamə 6 müddəadan ibarətdir
İKT
10 İyul , 2015 13:20
Azərbaycanda Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının əsasnaməsi təsdiq olunub

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirliyin tabeliyində olan “Yüksək Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurası haqqında əsasnaməni təsdiq edib.

“Report” Nazirliyə istinadən bildirir ki, əsasnamə 6 müddəadan ibarətdir. Belə ki, ümumi və yekun müddəalarla yanaşı, “Şuranın tərkibinin formalaşdırılması”, “Şura üzvlərinin hüquq və öhdəlikləri”, “Şuranın işinin təşkili”, “Şuranın qərarları” kimi müddəalar da əsasnamədə yer alıb.

Son xəbərlər

Orphus sistemi