Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni videoportal yaradılıb

    Portal Azərbaycanda və dünyada baş verən müxtəlif mövzulu hadisə və xəbərləri geniş auditoriyaya çatdırır

    Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanda videoxəbərlərin təqdim olunması, eləcə də gündəmə uyğun maraqlı videoların yerləşdirilməsi məqsədi ilə Bax.tv video portalı yaradılıb. 

    "Report" xəbər verir ki, portal Azərbaycanda və dünyada baş verən müxtəlif mövzulu hadisə və xəbərləri qısa və ortametrajlı videolar vasitəsilə 24 saat ərzində geniş auditoriyaya çatdırır.

    Müasir dizayn və rahat naviqasiyaya malik olan Bax.tv portalı informativ və populyar videoları izləyicilərin ixtiyarına verir.

    Bax.tv video plaftorması müxtəlif xəbər saytlarına videokontentin yerləşdirilməsi imkanı yaradır. Ölkənin populyar xəbər saytları bu platforma vasitəsilə video yükləyə və xüsusi kod əldə edərək, portalda təqdim olunan videonu öz saytlarına yerləşdirə bilərlər.

    Saytın layihə rəhbəri Araz Davudun sözlərinə görə, yeni yaradılan portal izləyicilər üçün maraqlı videoxəbərlər təqdim edəcək: “Videoların seçimi yerli auditoriya üçün nəzərdə tutulub. Biz xəbərləri videolar vasitəsilə çatdıracağıq. Bu da oxucuları müxtəlif saytlara daxil olub xəbər oxumaqdan azad edəcək. Fikrimizcə, videokontentə artan maraq bu layihənin uğur qazanmasında önəmli faktor olacaq”.

    Bax.tv, portalda qeydiyyatdan keçən istifadəçilərin videokontentini monetizasiya etmək imkanı da yaradır. Əgər hər hansı istifadəçinin maraqlı videoları və izləyici auditoriyası varsa, Bax.tv ilə qazana bilər. Bunun üçün saytda qeydiyyatdan keçmək və izləyicinin diqqətini cəlb edəcək kontent yerləşdirmək kifayətdir.

    Yaxın gələcəkdə saytın mobil əlavəsinin təqdim olunması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi