​Azərbaycanda “Microsoft Office 2016” yeni tətbiqlər paketi istifadəyə verilib

​Azərbaycanda “Microsoft Office 2016” yeni tətbiqlər paketi istifadəyə verilib Son versiya ənənəvi olaraq populyarlıq qazanan əsas baza proqram məhsullarından biridir
İKT
23 Sentyabr , 2015 20:06
​Azərbaycanda “Microsoft Office 2016” yeni tətbiqlər paketi istifadəyə verilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Microsoft Office 2016” yeni tətbiqlər paketi Azərbaycan istifadəçilərinin və şirkətlərinin ixtiyarına verib.

“Microsoft”dan “Report”a verilən məlumata görə, “Office 2016” əksəriyyətə tanış olan tətbiqlərin əvvəlki versiyalarının ən yaxşı keyfiyyətlərini və maksimal effektiv əməkdaşlıq üçün bir sıra faydalı funksiyaları birləşdirən son versiyasıdır.

“Son zamanlar insanların işə münasibəti əhəmiyyətli dərəcədə dəyişib. Bununla əlaqədar olaraq “Microsoft” mobil və bulud texnologiyalarının ön plana keçdiyi müasir dünyanın tələblərinə cavab verməsi məqsədilə biznes prosesləri yenidən öyrənir. Bizim son innovasiyalarımız “Office”in hamımıza tanış işçi proqramlar toplusundan məhsuldar qarşılıqlı iş və əməkdaşlıq üçün yaradılmış bir-birilə qarşılıqlı əlaqəli olan tətbiq və xidmətlərə çevrilməsinin əsasını təşkil edib”, - “Microsoft” korporasiyasının prezidenti Satya Nadella bildirib.

“Windows” əməliyyat sistemində fəaliyyət göstərən fərdi kompüterlərin “Office 2016” paketinə “Word”, “PowerPoint”, “Excel”, “Outlook”, “OneNote”, “Project”, “Visio” və “Access” kimi ofis proqramlarının ən yeni versiyaları daxil edilib (“Microsoft Office” və ya “Office 365” proqram təchizatlarından asılı olaraq).

“Office” ənənəvi olaraq populyarlıq qazanan əsas baza proqram məhsullarından biridir. “Office 2016” “Microsoft” tərəfindən ortaq fəaliyyət üçün yeni imkanlarla təqdim olunan ən son versiya prorqramlar toplusudr. 

Son xəbərlər

Orphus sistemi