Azərbaycanda yaxın vaxtlarda vençur şirkətləri yaradılacaq

Azərbaycanda yaxın vaxtlarda vençur şirkətləri yaradılacaq “Start-up”lara ayrılan qrantların məbləği artırıla bilər
İKT
4 İyun , 2015 16:40
Azərbaycanda yaxın vaxtlarda vençur şirkətləri yaradılacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanda genişzolaqlı internet xidmətlərinin daha keyfiyyətli şəkildə əldə edilməsi üçün yeni imkanlar yaradıldıqdan sonra hər bir evə internetin çatdırılması mümkün olacaq. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Genişzolaqlı internet xidmətləri ilə bağlı olan bu layihə haqqında məlumat verən E.Vəlizadə “start-up”çılara öz layihələrini həyata keçirmək üçün yaradılacaq vençur şirkətləri barədə də fikirlərini bölüşüb.

Nazir müavini deyib ki, bu sahədə qarşıya qoyulan məsələ bütün yaşayış məntəqələrinin fiberoptik xətlərlə əhatə edilməsdir, bundan sonra hər evə keyfiyyətli internet xidmətlərinin çatdırılmasından danışmaq olar. E.Vəlizadə icrasına başlanılan bu layihənin 3 illik olduğunu qeyd edib.

Vençur şirkətlərinin yaradılmasına münasibət bildirən nazir müavini bu layihənin innovativ inkişafın tələblərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə aparılan işlərə baxılır, yaxın zamanda belə şirkətlər fəaliyyətə başlayacaq. Bununla yanaşı, “start-up”larla bağlı ayrılan qrantların məbləği də artırıla bilər. 

Son xəbərlər

Orphus sistemi