​Azərbaycanda Ukrayna telekanalının yayımına başlanılıb

​Azərbaycanda Ukrayna telekanalının yayımına başlanılıb Ukraynanın “UA TV” dövlət telekanalı "KaTV1"-in əsas TV paketinə daxil edilib
İKT
22 Yanvar , 2016 11:21
​Azərbaycanda Ukrayna telekanalının yayımına başlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın “AG Telecom” şirkəti (“KaTV1” ticarət nişanı) kabel televiziyası abunəçiləri üçün öz şəbəkəsində Ukraynanın “UA TV” dövlət telekanalının yayımına başlayıb. Şirkətdən “Report”a bildirilib ki, Ukrayna kanalı “KaTV1” şirkətinin qonşu ölkələrlə tərəfdaşlıq üzrə çoxtərəfli inteqrasiya siyasəti çərçivəsində təqdim edilib.

Məhz həmin strategiya çərçivəsində ötən il rusdilli beynəlxalq məkanda “KaTV1” tərəfindən idarə edilən “TMB RU” telekanalı da təqdim olunub.

Sözügedən kanal “KaTV1”-in əsas TV paketinə daxildir. “UA TV” telekanalı ölkə haqqında obyektiv, aktual, dolğun məlumatlara daim ehtiyacı olan Ukrayna diasporunun nümayəndələri və rusdilli izləyicilər üçün nəzərdə tutulub.

"İngilis altyazılı ukraynca və rusca yayımlanan ənənəvi televiziya verilişlərindən başqa izləyicilər bu telekanalda Ukraynada baş verənlər haqda ingilis və rus dillərində olan xəbər xətlərindən məlumatlanacaq. Eyni zamanda, ukraynaca, rusca, ingiliscə, almanca, ispanca və digər dillərdə təqdim edilən geniş məlumatdan da bəhrələnəcəklər", - deyə şirkətdən bildirilib.

Bununla yanaşı, abunəçilər gün ərzində ukraynaca və rusca olan 40-dan çox xəbər verilişlərini, Ukraynada baş verən hadisələr, iqtisadi islahatların gedişi, elm və mədəniyyətdə olan son nailiyyətlər, tanınmış ukraynalılar, tarix, gözəl təbiət və turizm istiqamətləri haqqında olan maraqlı verilişləri izləyə biləcəklər.

Son xəbərlər

Orphus sistemi