Yuxarı

Azərbaycanda spam SMS-lərin qarşısının alınması üçün iş aparılır

Zahid İsayev: Mobil operatorlar belə SMS-lərin qarşısının alınmasında çətinlik çəkir

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda istehlakçılara xəbərdarlıq edilmədən reklam xarakterli SMS-lərin göndərilməsinin qarşısının alınması məqsədi ilə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müvafiq işlər aparılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.

Onun sözlərinə görə, mobil operatorlar belə SMS-lərin qarşısının alınmasında çətinlik çəkir: "Aparılan araşdırmalar göstərir ki, vətəndaşların mobil telefonlarına göndərilən SMS-lər 3 qrupa aiddir. Bunlardan biri istehlakçının tanışı tərəfindən göndərilən SMS-dir, ikincisi istehlakçının müxtəlif obyektlərdə alış-veriş zamanı öz nömrələrini saxlayırlar və həmin obyektlərdən onlara SMS gəlir. Mobil operatorlar hazırda bu tipli SMS-lərin qarşısını almaqda çətinlik çəkirlər. Üçüncü tip SMS isə istehlakçıya bilavasitə xəbərdarlıq edilmədən göndərilən mesajlardır". 

"Hazırda xəbərdarlıq edilmədən istehlakçıya göndərilən SMS-lərin qarşısının alınması üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı işlər aparılır. Bunların qarşısının alınması ilə bağlı müvafiq işlər görüləcək", - deyə Z.İsayev qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi