Yuxarı
    Bağlamaq

    Azərbaycanda simsiz texnologiyaların əhatə dairəsi 2025-ci ildən sonra 100%-ə çatdırılacaq

    Yaxın 4 ildə İKT sektorunda real ÜDM-in həcminin 235 mln. manat artacağı gözlənilir

    Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanda Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 mln. manat artacağı gözlənilir.

    “Report" xəbər verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

    Sənədə əsasən, telekommunikasiya sektorunda 1 450 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Strateji Yol Xəritəsində LTE və başqa simsiz texnologiyalar üzrə genişzolaqlı xidmətlərin əhatə dairəsinin, hər il 10% genişləndirilmək yolu ilə 2020-ci ildə 70%-ə, 2025-ci ildə 85%-ə, 2025-ci ildən sonra isə 100%-ə çatdırılması nəzərdə tutulub.

    Digər aralıq indikatorlarına görə, mobil rabitə əlaqələri üzrə adambaşına düşən xərclərin istehlak səbətindəki payının cari 0,37%-dən 1,41%-dək artırılması, mobil abunəçi sayının 2020-ci ilədək minimum hazırkı səviyyədə qorunub saxlanılması, hazırda mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətlərini fiberoptik texnologiyalara (FTT-X standartlarına) əsaslanan xidmətlərlə əvəz etməklə, genişzolaqlı şəbəkənin əhatə dairəsinin 2020-ci ildə 70%-ə, 2025-ci ildə isə 95%-ə çatdırılması və növbəti dövrlərdə daha da genişləndirilməsi hədəflənir. 

    Sənəddə qeyd olunub ki, beynəlxalq şlüzlərə qoşulan operatorların sayının 2020-ci il üçün cari 2 operatordan ən azı 3 operatora qədər artırılması və 2020-ci ildən sonra bu prosesin davam etdirilməsi, Azərbaycanda sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin cari 3,6 Mbit/s orta sürətdən 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması, “elektron hökumət”in inkişafının qabaqcıl ölkələr səviyyəsinə çatdırılması, internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2016-cı ildəki 20%-dən 2020-ci ildə 80-100% səviyyəsinə çatdırılması gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi