Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda şifahi nitqi mətnə çevirən sistemin yeni versiyası hazırlanıb

    Proqramın yeni versiyası daha keyfiyyətlidir

    Bakı. 30 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib. 

    RYTN-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, layihə qrupundan verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.

    Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona “Dilmanc İmla” proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. “Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından köçürülə bilər.

    Xatırladaq ki, “Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi