Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq

Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq Rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq
İKT
30 Dekabr , 2016 12:29
Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda rəqəmsal resept sisteminin tətbiqi planlaşdırılır. “Report" xəbər verir ki, bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Sənədə əsasən, rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq: “Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla, kağız daşıyıcılarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar”. 

Qeyd olunub ki, rəqəmsal resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları işlənib hazırlanacaq. Sənədə əsasən, rəqəmsal resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmsal resept tərtib edərək, mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər: “Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək, şəxsiyyət vəsiqəsi və ya rəqəmsal resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmsal resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə ediləcək”.

Son xəbərlər

Orphus sistemi