Yuxarı

Azərbaycanda rabitə sektorunun gəlirləri 9,6% artıb

Vidadi Zeynalov: Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,8%-ni təşkil edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda informasiya cəmiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 1280,9 mln. manat olub. “Report” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov "Xalq qəzeti"nə müsahibəsində deyib.

Onun sözləriə görə, sektora 209,8 mln. manat, o cümlədən RYTN-in tabeli müəssisələri tərəfindən 61,2 mln. manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,8%-ni təşkil edib və ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2, 2 dəfə çoxdur.

Həmçinin, Bakı şəhər telefon şəbəkəsinə aid telefon nömrələrindən regionlarda yaşayan əhalinin istifadə etməsinə imkan verən “Daşınan telefon xidməti” istifadəyə verilib və bu ilin oktyabrına olan məlumata görə sözügedən xidmətdən istifadə edən abunəçilərin sayı 1000-i ötüb.

Aparat rəhbəri bildirib ki, hazırda ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd,hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd, 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb.

Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb. Həmçinin, 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınan informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi