Yuxarı

Azərbaycanda qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı açıqlanıb

Onlar müxtəlif təşkilatlar üzrə qeydiyyata alınıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 478 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

DRİ-dən "Report"a daxil olan xəbərə görə, bu, yanvarın 1-nə olan qeydiyyat göstəricisidir.

Bundan 70 istifadəçi dövlət, 338 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 39 istifadəçi isə fiziki şəxslərdir. Qeyd olunur ki, 2015-ci il ərzində 9 047 ədəd radioelektron vasitəsi (REV) DRİ-də qeydiyyata alınıb. DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı 49 688 ədəd təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi