Yuxarı

Azərbaycanda qəbul imtahanlarında İKT ilə bağlı sualların daxil edilməsi təklif olunur

Kafedra müdiri: İKT sahəsində əsaslı islahatlar aparmaq lazımdır

Bakı. 17 may. REPORT.AZ/ "İKT sahəsində "kosmetik" işlər görməklə irəli getmək olmaz, bu sahədə əsaslı islahatlar aparmaq lazımdır". "Report" xəbər verir ki, bunu bu gün ADA Universitetində 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri Manafəddin Namazov deyib.

BANM nümayəndəsinin sözlərinə görə, qəbul imtahanlarında da müəyyən dəyişiklik edilməlidir: "Təklif etmişik ki, qəbul imtahanlarına İKT ilə də bağlı suallar daxil edilsin".

M.Namazovun iradına cavab verən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, tədbirin mövzusuna uyğun danışmaq lazımdır: "Bu məsələ bizi də daim narahat edir. Lakin hesab edirəm ki, tədbirin mövzusunu qəbulla bağlı hansısa məsələlərə çevirmək lazım deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi