Yuxarı
    Bağlamaq

    Azərbaycanda qadınların İKT sahəsində roluna həsr olunmuş konfrans keçirilib

    “Microsoft Azerbaijan” şirkəti ötən ildən bu layihəyə dəstək verir

    Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə Yüksək Texnologiyalar Parkında qadınların İKT sahəsində roluna həsr olunan “DigiGirlz” konfransı keçirilib.

    “Report” xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Yüksək Texnolgiyalar Parkının nümayəndələri, "Microsoft Azerbaijan" şirkətinin nümayəndələri və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş "Femmes Digitales" klubunun təsisçiləri iştirak ediblər.

    Qeyd edək ki, sözügedən konfrans Azərbaycanda hər il keçirilir, “Microsoft Azerbaijan” şirkəti isə ötən ildən bu layihəyə dəstək olmağa başlayıb.

    E.Vəlizadə vurğulayıb ki, “Microsoft Azerbaijan”ın belə bir ideyaya dəstək verməsi və qadınların bu sahədə fəaliyyətinin artması İKT sahəsində bir nailiyyətdir. Yanvar-may aylarında gənc "start-up"çılar arasında yarış keçirilib və iki ayrı universitetin qız və oğlan tələbələrindən təşkil olunmuş bir komanda yarışın ölkədə keçirilən mərhələsinin qalibi olub. İndi həmin gənclər Sietl şəhərində keçiriləcək final yarışlarında iştirak etmək üçün ABŞ-a səfər edəcəklər. 

    Nazir müavini bildirib ki, İKT sahəsində çalışan gənclərə müvafiq şəraitin yaradılması üçün Pirallahı rayonunda 50 hektarlıq ərazidə Yüksək Texnologiyalar Parkı qurulacaq, Mingəçevirdə isə bu sahədə işlərə artıq başlanılıb.

    Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qalib gənclərin öz "start-up"larını reallaşdırması üçün qrant ayrılacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi