Yuxarı

​Azərbaycanda ötən il rabitə xidmətləri 15% artıb

Hesabat ilində mobil rabitə operatorlarının gəliri 7% artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə əhali, idarə və təşkilatlara göstərilən rabitə xidmətlərinin ümumi həcmi illik müqayisədə 15,1% artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara hesabat ilində 1,62 mlrd. manatlıq xidmət göstərib.

Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5% təşkil edib.

Hesabat ilində xidmətlərdən əldə olunmuş gəlirlərin 56,5%-i mobil telefon rabitəsindən yaranıb və 2013-cü il ilə müqayisədə bu xidmətlərin həcmi 6,8% artaraq 914,6 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi