Yuxarı

Azərbaycanda ödənişli xidmətlərin həcmi 2,3% artıb

Xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1145,9 mln. manat olub

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 1145,9 mln. manat olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, artımın 58,8%-ni hüquqi şəxslər təmin edib. Onlar tərəfindən əhaliyə 850,1 mln. manatlıq xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 1,8% üstələyib.

Bu ilin yanvar-fevral ayları ərzində hər bir ölkə sakini orta hesabla 119,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi