Azərbaycanda Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Azərbaycanda Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb Bu gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC Novruz bayramına həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb.
İKT
19 Mart , 2019 17:44
Azərbaycanda Novruz bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Bu gündən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus  “Azərmarka” MMC Novruz bayramına həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar “Bahar qızı” “Keçəl” və “Kosa” kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda “Aşıq”, "Səhəngli qız" və “Yuxayayan qız” adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib.

Hər markanın ölçüsü 28x40 mm təşkil edir.

Eyni zamanda 200 ədəd Birinci gün zərfləri də hazırlanaraq satışa çıxarılıb.

Qeyd edək ki, 30 min tirajla çap olunan markaların rəssamı Nərmin Abdullayeva, dizayneri Anar Mustafayevdir.

Son xəbərlər

Orphus sistemi