Azərbaycanda mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadılıb

Azərbaycanda mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadılıb "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 223 min dəfə istifadə olunub
İKT
1 İyun , 2015 13:55
Azərbaycanda mobil telefonların IMEI-kodlarının qeydiyyat müddəti uzadılıb

Bakı. 1 iyun. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. “Report” xəbər verir ki, bu barədə nazirin birinci müavini İltimas Məmmədov məlumat verib. Belə bir qərarın qəbul edilməsində məqsəd I Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir.

Vətəndaşların xarici ölkələrdən aldıqları mobil cihazların sözügedən xidmət vasitəsilə qeydiyyatdan keçirilməsi mümkündür. Cari ilin keçən dövrü ərzində portal üzərindən təqdim olunan "Mobil cihazların qeydiyyatdan keçirilməsi" elektron xidmətindən 222 998 dəfə istifadə olunub.

Qeyd edək ki, "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara təqdim edilən "Mobil cihazların IMEI-kodunun yoxlanılması" xidməti də xüsusi əhəmiyyətə malikdir və vətəndaşlar tərəfindən ən çox istifadə edilən xidmətlərdəndir. Xidmətdən mobil cihazların standartlara uyğun olub-olmadığı və eləcə də, qeydiyyatı barədə informasiya əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi