​Azərbaycanda mobil nömrə daşınması xidmətindən istifadə edənlərin sayı 12 mini ötüb

​Azərbaycanda mobil nömrə daşınması xidmətindən istifadə edənlərin sayı 12 mini ötüb Bu qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir
İKT
5 Yanvar , 2015 15:00
​Azərbaycanda mobil nömrə daşınması xidmətindən istifadə edənlərin sayı 12 mini ötüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda mobil nömrə daşınması xidmətindən yararlananların sayı 12 mini ötüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "Report"a verilən məlumata görə, 2014-cü il fevralın 1-dən etibarən göstərilməyə başlanılan xidmətdən indiyədək 12 mindən çox abunəçi istifadə edib.

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.

Eyni zamanda bu, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

Son xəbərlər

Orphus sistemi