Azərbaycanda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası hazırlanır

Azərbaycanda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası hazırlanır Hazırda sistemin veb-portalının proqram təminatı ilə bağlı işlər görülür
İKT
28 Sentyabr , 2015 11:53
Azərbaycanda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası hazırlanır

Bakı. 28 sentyabr. REPORT.AZ/ AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və veb-portalının strukturu işlənir.

"Report"un məlumatına görə, bu barədə İnstitutun sektor müdiri Əfruz Qurbanova məlumat verib. 

Ə.Qurbanova görülən işlərin Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı çərçivəsində aparıldığını qeyd edib. O, hazırda veb-portalın dizaynı və proqram təminatı ilə bağlı işlərin həyata keçirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi