Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi elan olunub

Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi elan olunub Müsabiqə üçün dekabrın 25-nə qədər qeydiyyatdan keçmək lazımdır
İKT
21 Noyabr , 2016 16:28
Azərbaycanda Microsoft Imagine Cup müsabiqəsi elan olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi elan olunub. 

"Report" xəbər verir ki, müsabiqədə ali və peşə təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edə bilərlər. 

Qeyd edək ki, "Microsoft İmagine Cup" dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı tələbə müsabiqəsidir. Müsabiqədə tələblərdən ibarət komandalar üç kateqoriya üzrə iştirak edə bilərlər: "İnnovasiya", "Dünya vətəndaşlığı" və "Oyunlar". 

Bu yarışda iştirak etmək üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. Müsabiqə üçün dekabrın 25-nə qədər qeydiyyatdan keçmək lazımdır. Yarışda 16 yaşına çatmış ali və peşə təhsil müəssisələrinin tələbələri iştirak edə bilərlər. Hər komanda eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsindən ibarət olmalıdır. Komandanın ən azı bir üzvü ingilis dilində səlist danışmalıdır. Çünki sonda layihə beynəlxalq miqyasda təqdim olunacaq. 

Gələn il yanvarın 1-dən aprelin 15-dək müsabiqəyə hazırlıq işləri aparılacaq və aprelin ortasında milli turun finalı keçiriləcək. Sonda 3 qalib komanda elan olunacaq. Milli seçim turunun hər bir nominasiyasının qalibi qiymətli hədiyyələrlə təltif olunacaqlar və ikinci turda onlayn rejmdə beynəlxalq yarımfinalda iştirak etmək imkanı əldə edəcək. 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Microsoft Azərbaycan" şirkəti və "Nar" mobil rabitə operatorunun təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi