​Azərbaycanda mayda 2,8 min elektron imza vəsiqələri paylanıb

​Azərbaycanda mayda 2,8 min elektron imza vəsiqələri paylanıb İlin əvvəlindən verilən imza vəsiqələrinin sayı isə 34,5 minə çatıb
İKT
11 İyun , 2015 09:22
​Azərbaycanda mayda 2,8 min elektron imza vəsiqələri paylanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycanda ümumilikdə 2 796 elektron imza vəsiqəsi təqdim edilib ki, bu da son 5 ayda təqdim edilən elektron imza vəsiqələrinin 8,1%-ni təşkil edir. "Report"un Məlumat Hesablama Mərkəzinin "e-Hökumət" bülleteninə əsasən yaydığı məlumata görə, 2015-ci ilin 5 ayında ümumilikdə 34 478 elektron imza vəsiqəsi təqdim olunub.

Bu ilin yanvar-may ayları ərzində təqdim edilən elektron imza vəsiqələrinin 20 845 ədədi yaxud 60,5%-i dövlət qurumlarına verilmiş sertifkatların payına düşür. Təkcə may ayında dövlət qurumlarına verilən sertifkatların sayı 2 449 ədəd olub ki, bu da ümumi rəqəmin 11,75%-i deməkdir.

Hesabat dövründə vətəndaşlara verilən elektron imza sertifikatlarının sayı 7 534 olub ki, bu da ümumi rəqəmin 21,9%-i deməkdir. May ayında cəmi 65 vətəndaş elektron imza vəsiqəsi əldə edib ki, bu da son 5 ayda vətəndaşlara verilən elektron imza vəsiqələrinin 0,9%-ni təşkil edir.

May ayı ərzində elektron imza vəsiqəsi əldə edən hüquqi şəxslərin sayı 282 olub ki, bu da yanvar-may ayları ərzində sertifikat əldə etmiş hüquqi şəxslərin 4,6%-i deməkdir. Son 5 ayda elektron imza vəsiqəsi əldə edən hüqiqi şəxslərin sayı isə 6 099 olub ki, bu da ümumi statistikanın 17,7%-nə bərabərdir.

Son xəbərlər

Orphus sistemi