​Azərbaycanda iyulda IMEI kodu yoxlanılan mobil cihazların sayı açıqlanıb

​Azərbaycanda iyulda IMEI kodu yoxlanılan mobil cihazların sayı açıqlanıb Ötən ay 40 min artıq şəxs bu xidmətdən istifadə edib
İKT
4 Avqust , 2015 11:20
​Azərbaycanda iyulda IMEI kodu yoxlanılan mobil cihazların sayı açıqlanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazların qeydiyyatı ilə bağlı olan elektron xidmətinin növbəti statistikası açıqlanıb.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, ənənəvi olaraq “Elektron hökumət” portalında Nazirliyin ən çox istifadə olunan e-xidməti - “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyul ayında vətəndaşlar 40 324 dəfə yararlanıb.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun IMEI kodunu müvafiq xanaya daxil edərək "yoxla" düyməsini seçmək lazımdır.

Qeyd edək ki, bu xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.

Son xəbərlər

Orphus sistemi