Azərbaycanda internetin sürətinin aşağı olması ilə bağlı araşdırma aparılıb

Azərbaycanda internetin sürətinin aşağı olması ilə bağlı araşdırma aparılıb Dövlət Xidməti: Şikayətlərin yarısı xətlərin və cihazların nasazlığı, mənzillərdəki problemlərlə bağlı olub
İKT
15 Mart , 2016 12:08
Azərbaycanda internetin sürətinin aşağı olması ilə bağlı araşdırma aparılıb

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda internetin sürətinin müştərilərə vəd ediləndən aşağı olması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə bir sıra müraciətlər daxil olub. "Report" xəbər verir ki, bunu Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.

Onun sözlərinə görə, daxil olan müraciətlər araşdırılır: “Araşdırma nəticəsində məlum olub ki, internetin sürətinin aşağı düşməsi bir sıra hallarda təsdiq olunub. Verilən internetin sürəti uyğundur, amma abonentə çatan sürət kifayət deyil. Araşdırma zamanı şikayətlərin təqribən yarısı ya xətlərin nasaz olması, ya cihazların həmin siqnala uyğun qəbul etməsi probleminin olması, yaxud da mənzillərin özündə problemin olması ilə bağlı olub". 

İnternet provayderləri və rabitə xidmətləri təqdim edən şirkətlər tərəfindən bu məsələ araşdırılıb və tədbir görülüb. Müraciət edənlər bu barədə razılıqlarını bildiriblər”, - deyə A.Əliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi