Yuxarı

Azərbaycanda IMEI kodu yoxlanılan mobil cihazların sayı artıb

Oktyabrda 50 minə yaxın mobil cihazın IMEI kodu elektron xidmət üzərindən yoxlanılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycanda "Elektron Hökumət" portalı vasitəsi ilə IMEI kodu yoxlanılan mobil cihazların sayı sentyabr ayına nisbətdə 4% artıb. "Report" xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Ötən ay "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətindən 49 957 dəfə istifadə olunub. Bu xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür.

"Mobil qurğunun standartlara uyğun olub-olmamasını "e-Hökumət" portalına daxil olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətləri arasından "Mobil cihazların IMEI kodunun yoxlanılması" xidmətini seçməklə yoxlamaq olur. Bunun üçün, telefonun IMEI kodunu müvafiq xanaya daxil edib "Yoxla" düyməsini seçmək kifayət edir", - deyə Nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, bu xidmətdən istifadə zamanı portal autenfikasiya tələb etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi