Azərbaycanda İT təhsilinin təkmilləşdirilməsinə dair yeni layihələr hazırlanır

Azərbaycanda İT təhsilinin təkmilləşdirilməsinə dair yeni layihələr hazırlanır Bakı. 15 dekabr. REPORT.AZ/ BP-Azerbaijan və Azərbaycandakı layihələrdəki tərəfdaşları Təhsil Nazirliyi ilə birlikdə İT sahəsində təhsil səviyyəsinin təkmilləşdirilməsinə dəstək olan bir sıra layihələr hazırlayır.
İKT
15 Dekabr , 2017 12:40
Azərbaycanda İT təhsilinin təkmilləşdirilməsinə dair yeni layihələr hazırlanır
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons / Report/ Orkhan Azim

Bakı. 15 dekabr. REPORT.AZ/ "BP-Azerbaijan" və Azərbaycandakı layihələrdəki tərəfdaşları Təhsil Nazirliyi ilə birlikdə İT sahəsində təhsil səviyyəsinin təkmilləşdirilməsinə dəstək olan bir sıra layihələr hazırlayır.

"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin yanvar ayında fəaliyyətə başlayacaq bu cür layihələrdən biri də Bakı və Sumqayıt şəhərlərində seçilmiş 50 orta məktəbdə yuxarı siniflər üçün keçirilən informatika fənninin təkmilləşdirilməsinə yönəlib: "Demək olar ki, 1 200 nəfər şagird, yuxarı siniflərə dərs deyən 100 nəfər orta məktəb müəllimi və 15 nəfər universitet müəllimi bu proqramdan faydalanacaq. İnanırıq ki, bu təşəbbüs nəticə etibarilə ADA Universiteti də daxil olmaqla ölkədəki İT məktəblərində təhsil almaq istəyənlərin bilik səviyyəsini artıracaq".

Q.Cons qeyd edib ki, perspektivdə ADA Universitetini "big data"nın tədqiqi və təhlili üzrə regional mərkəzə çevrilməsi nəzərdə tutulub: "Həmçinin, hökumət, biznes icması və elmi dairələr arasında üçtərəfli əməkdaşlıq yaratmaq, "big data" texnologiyalarının Azərbaycanda daha iri miqyasda istifadə olunmasını təmin etmək, onu təhsildə, nəqliyyatda, maliyyə sektorunda, kənd təsərüfatı sahəsində, energetika sahəsində istifadə etmək qarşıdakı hədəflərdəndir".

Son xəbərlər

Orphus sistemi