Azərbaycanda I rübdə 43 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Azərbaycanda I rübdə 43 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb Bununla bağlı 137 akt tərtib edilib
İKT
4 Aprel , 2015 14:54
Azərbaycanda I rübdə 43 ədəd qanunsuz radioelektron vasitə aşkarlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi 2015-ci ilin yanvar-mart ayları ərzində iş planına və Dövlət Radiotezlikləri İdarəsinə (DRİ) daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirərək 137 akt tərtib edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 43 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 5 ədədi möhürlənib və 38 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Son xəbərlər

Orphus sistemi