Azərbaycanda gömrük ödənişləri elektron qaydada aparılacaq

Azərbaycanda gömrük ödənişləri elektron qaydada aparılacaq Bununla da DGK-nın "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb
İKT
21 Fevral , 2015 14:09
Azərbaycanda gömrük ödənişləri elektron qaydada aparılacaq

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) yeni elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib. 

"Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Komitənin portala əlavə olunan "Gömrük ödənişləri" xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq imkanı yaradılıb. 

Bununla da Komitənin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.

Son xəbərlər

Orphus sistemi