Yuxarı

İdxalçılar: "Azərbaycanda elektronika məhsulları tezliklə kəskin bahalaşacaq"

iPhone 6 smartfonlarını 30% bahalaşdıran Alma store bunu ölkədəki idxal xərclərinin artması ilə əlaqələndirir

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycana gətirilən “Apple” məhsulu olan “iPhone 6” smartfonlarının pərakəndə satış qiymətləri kəskin artırılıb. “Report xəbər verir ki, bu brendin Azərbaycandakı rəsmi distribyutoru olan “Alma store”də yeni idxal olunan mallar artıq artırılmış qiymətlə satışa çıxarılıb.

İlk gətirilən məhsul 16 GB yaddaş tutumuna malik “iPhone 6”dır. Əvvəlki qiyməti 900 manat ətrafında olan smartfonun yeni qiyməti 1 198 manatdır.

“Alma store” mağazasından verilən məlumata görə, qiymət artımı ölkədəki idxal xərclərinin artması ilə bağlıdır: "Xərclər 30%-dən çox artıb. Bu, yalnız “Apple” məhsullarına aid deyil. Tezliklə Azərbaycana gətirilən bütün elektronika malları və ümumiyyətlə, texnikada kəskin bahalaşma olacaq".

Paytaxtdakı digər telefon mağazalarının hamısında yeni idxal olunan “iPhone 6” olmasa da, onun tezliklə gətiriləcəyi və qiymətin qeyd olunduğu kimi baha olacağı bildirilir. Əvvəlki partiyalardan qalan “iPhone 6”nın qiymətində isə hələ heç bir dəyişiklik baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi