Nazir: “Azərbaycan məhsullarını xarici bazara çıxarmaqla elektron ticarəti təşviq etmək istəyirik”

Nazir: “Azərbaycan məhsullarını xarici bazara çıxarmaqla elektron ticarəti təşviq etmək istəyirik” “Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14% paya malikdir”.
İKT
21 Oktyabr , 2019 10:38
Nazir: “Azərbaycan məhsullarını xarici bazara çıxarmaqla elektron ticarəti təşviq etmək istəyirik”

“Azərbaycanda elektron ticarət ümumi ticarətdə 14% paya malikdir”.

“Report” xəbər verir ki, bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

“Texnoloji yeniliklər elektron ticarətdə yeni imkanlar açır. Qarşıdakı bir neçə ildə dünyada elektron ticarətin sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır. Ölkəmizdə də elektron ticarətin inkişafı üçün lazımi şərait mövcuddur. Hazırda Azərbaycandakı internet istifadəçiləri daha çox xarici elektron ticarət platformalarından istifadə edirlər. Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq eyni zamanda milli məhsullarımızı xarici bazarlarına çıxarmaqla elektron ticarəti təşviq etməkdir", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi