Azərbaycanda "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb

Azərbaycanda "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb Bu işlər İqtisadiyyat və Sənaye Nazirliyi və ASAN xidmətə tapşırılıb
İKT
24 Sentyabr , 2015 15:17
Azərbaycanda Elektron lisenziya portalının yaradılmasına başlanılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ “Elektron lisenziya” portalının yaradılması üçün lazımi qurumlarla əlaqələr yaradılır və artıq əsas işlərə başlanılıb. Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) mətbuat xidmətinin rəhbəri, beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Huseynov “Report”a açıqlamasında bildirib.

A.Huseynov qeyd edib ki, aidiyyəti orqanlarla danışıqlara başlanılıb. Hazırda burada əsas hədəf ən qısa müddət ərzində ASAN xidmət çərçivəsində portalın yaradılması və istifadəyə verilməsidir.

Sözügedən xidmət Azərbaycan Prezidentinin fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi və ASAN xidmətə tapşırılıb. ASAN xidmət nümayəndəsi bildirib ki, Nazirliklə yanaşı sözügedən portalın ərsəyə gəlməsində ehtiyac duyulan bütün qurumlarla əlaqələr qurulur. 

Son xəbərlər

Orphus sistemi