Azərbaycanda elektron hökumət portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına əlavələr olunub

Azərbaycanda elektron hökumət portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına əlavələr olunub Baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb
İKT
20 Aprel , 2016 00:23
Azərbaycanda elektron hökumət portalına qoşulmalı olan informasiya sistemlərinin siyahısına əlavələr olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatları Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, baş nazir Artur Rasi-zadə bununla bağlı qərar imzalayıb.

Belə ki, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının Siyahısı”na Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasının məlumat sistemi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin hərbi-həkim komissiyasının məlumat sistemi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının məlumat sistemi, Müdafiə Nazirliyinin hərbi-həkim komissiyasının (hərbi-uçuş komissiyası) məlumat sistemi əlavə olunub.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyasının məlumat sistemi, Dövlət Sərhəd Xidmətinin Hərbi-Həkim Komissiyasının məlumat sistemi, Sığortaolunanlar barədə informasiya ehtiyatı siyahıya əlavə edilib.

Son xəbərlər

Orphus sistemi