Azərbaycanda əhalinin 18%-i "Facebook" istifadəçisidir

Azərbaycanda əhalinin 18%-i "Facebook" istifadəçisidir Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1,8 mln. nəfərə çatıb
İKT
13 Avqust , 2016 17:16
Azərbaycanda əhalinin 18%-i Facebook istifadəçisidir

Bakı. 13 avqust. REPORT.AZ/ Bu il iyulun 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 1,8 mln. nəfərə çatıb.

"Report"un internetworldstats.com-a istinadən verdiyi xəbərə görə, bu, ölkə əhalisinin 18,2%-i deməkdir.

Qeyd edək ki, iyulun 1-nə olan məlumata əsasən, Azərbaycan əhalisinin sayı 9 889 345 nəfərdir. Bununda 61%-i və ya 6 027 647 nəfəri internet istifadəçisidir.

Hesabata əsasən dünya əhalisinin 49,2% və ya 3 611 375 813 nəfərinin internetə çıxışı var. "Facebook" istifadəçilərinin sayı hesabat dövrünə 22,7% və ya 1 662 233 530 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi