Azərbaycanda e-xidmətlərin sayı 400-ə çatıb

Azərbaycanda e-xidmətlərin sayı 400-ə çatıb Ötən il ərzində "Elektron hökumət" portalına 114 yeni elektron xidmət inteqrasiya edilib
İKT
5 Yanvar , 2015 15:08
Azərbaycanda e-xidmətlərin sayı 400-ə çatıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanda ötən il ərzində "Elektron hökumət” portalına 114 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da portalda olan e-xidmətlərin sayı ümumilikdə 396-ya çatdırılıb ki, bu da əvvəlki ilin yekunları ilə müqayisədə 40% çoxdur. "Report" xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirilib.

Belə ki, portaldakı e-xidmətlərdən istifadə sayı 5,8 milyonu, portalın istifadəçilərinin sayı 1,1 milyon nəfəri keçib. E-xidmətlər üzrə 100-ə yaxın istifadəçi təlimatı hazırlanıb, bir sıra e-xidmətlərdən istifadə üsullarını əks etdirən videotəlimatlar çəkilib, 233 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi