Yuxarı

Azərbaycanda "e-Hökumət" portalından istifadə edənlərin sayı artıb

Bugünədək müvafiq sahə üzrə müraciətlərin sayı 23 mln.-u ötüb

Bakı. 4 may. REPORT.AZ/ "Elektron hökumət” portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciətlərin ümumi sayı 23 mln. həddini keçib. Bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər.

"Report"un portaldan əldə etdiyi xəbərə görə, təqdim edilən 424 sosial xidmət, 12 elektron arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

Artıq elektron xidmətlərdən istifadə etmək vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi