Azərbaycanda "e-Hökumət" portalından istifadə edənlərin sayı artıb

Azərbaycanda "e-Hökumət" portalından istifadə edənlərin sayı artıb Bugünədək müvafiq sahə üzrə müraciətlərin sayı 23 mln.-u ötüb
İKT
4 May , 2016 20:00
Azərbaycanda e-Hökumət portalından istifadə edənlərin sayı artıb

Bakı. 4 may. REPORT.AZ/ "Elektron hökumət” portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciətlərin ümumi sayı 23 mln. həddini keçib. Bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər.

"Report"un portaldan əldə etdiyi xəbərə görə, təqdim edilən 424 sosial xidmət, 12 elektron arayış, 250 növ ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

Artıq elektron xidmətlərdən istifadə etmək vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir.

Son xəbərlər

Orphus sistemi