Azərbaycanda dövlət qurumlarının saytlarına giriş bərpa edilir

Azərbaycanda dövlət qurumlarının saytlarına giriş bərpa edilir Artıq bir sıra veb-saytlara giriş tam bərpa olunub
İKT
22 Fevral , 2016 14:54
Azərbaycanda dövlət qurumlarının saytlarına giriş bərpa edilir

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda bu gün səhər saatlarında fəaliyyəti müvəqqəti dayandırılan dövlət qurumlarının rəsmi veb-saytlarının işi tədricən bərpa olunmağa başlayıb.

"Report" xəbər verir ki, artıq bir sıra dövlət orqanlarının veb-saytına sərbəst giriş təmin edilib. 

Xatırladaq ki, bu gün ölkədə dövlət qurumlarına məxsus saytlara giriş məhdudlaşdırılmışdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemlər aparılan profilaktik işlərlə bağlıdır: "Adətən dövri olaraq bu cür işlər aparılır. Yaxın saatlarda onların fəaliyyətinin bərpa olunacağı gözlənilir". 

Son xəbərlər

Orphus sistemi