Bakı. 6 avqust. REPORT.AZ/ Multimedia Mərkəzi Azərbaycanda dövlət qurumlarının informasiyaya açıqlığı vəziyyətini monitorinq edib. “Report” xəbər verir ki, monitorinqin nəticələri bu gün “Dövlət qurumlarının onlayn şəffaflığı: problemlər və prespektivlər” mövzusunda keçirilən dəyirmi masada təqdim edilib.
Monitorinqin yekunu olaraq, Multimedia Mərkəzi tərəfindən mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı hesabat hazırlanıb. Həmçinin dövlət qurumlarının informasiyaya açıqlığı (onlayn şəffaflıq) üzrə reytinq cədvəlləri hazırlanıb.
Monitorinq prosesi son 4 ayı əhatə edib və bu müddət ərzində 73 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının onlayn şəffaflıq vəziyyəti araşdırılıb. Hər cür qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlanıb. Monitorinq informasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan metodika əsasında gerçəkləşdirilib. İnformasiyalar həm keyfiyyət, həm də kəmiyyət baxımından 60 parametr üzrə araşdırılıb və qiymətləndirilib.
Mərkəzin təqdim etdiyi reytinq cədvəlinə əsasən, informasiya açıqlığı ən yüksək olan dövlət orqanı
İlk onluğu tamamlayan qurumlar isə Dövlət Neft Şirkəti, Hesablama Palatası, Baş Prokurorluq, İqtisadiyyat və Sənaye Nazirliyi və Təhsil Nazirliyidir.
Sonluqda qeyd olunan orqanlar Dövlət Sərhəd Xidməti, Nazirlər Kabineti və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasıdır. Tədbirdə qeyd olunub ki, dövlət qurumlarından ən çox qapalı olan və informasiya açıqlığı ilə problemləri olan qurum yerli icra hakimiyyəti orqanlarıdır.
Qeyd edək ki, reytinqdə ən yuxarı 10 yer üzrə informasiya açıqlığı səviyyəsi 75%-dir, ötən il bu rəqəm 64% olub. Ən aşağı 10 yer üzrə informasiya açıqlığı səviyyəsi 26%-dir ki, bu rəqəm ötən il 16% olub və ən aşağı faiz dərəcəsi yerli icra hakimiyyəti orqanları üzrə qeydə alınıb.