Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda daxili internet şəbəkəsinin yaradılması planlaşdırılır

    Başlanğıcda internet provayderləri arasında 1 Gb saniyə sürətli kanal yaradılacaq

    Bakı. 26 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azdatakom” şəbəkəsinin texniki resurslarını hazırda ölkədə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.

    “Report” nazirliyə istinadən bildirir ki, daxili internet şəbəkəsinin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40%-ə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

    İlk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi