Azərbaycanda bütün dünya ölkələrində bilet sifarişinə imkan verən onlayn xidmət saytı yaradılıb

Azərbaycanda bütün dünya ölkələrində bilet sifarişinə imkan verən onlayn xidmət saytı yaradılıb Servis www.basabas.az ünvanında fəaliyyət göstərir
İKT
6 Fevral , 2015 16:38
Azərbaycanda bütün dünya ölkələrində bilet sifarişinə imkan verən onlayn xidmət saytı yaradılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanda bütün dünyada idman hadisələri, konsertlər və digər mədəniyyət tədbirlərinə biletlərin axtarışı və sifarişi üçün www.basabas.az onlayn servis açılıb. 

"Report" xəbər verir ki, servis öz istifadəçilərinə dünyanın bütün nöqtələrində keçirilən tədbirlərə - dünya ulduzlarının konsertləri və idman yarışları, həmçinin milli musiqi festivalları və digər tədbirlərə biletlərin geniş seçimini təklif edir.

Platformanın iş xüsusiyyəti ondan ibarətdir ki, servis idman yarışları və əyləncəli tədbirlərə biletlərin kassalarda satılmasına baxmayaraq, onları əldə etməyə imkan verir, çünki "basabas" biletlərin ikincili satışı və alışı üzrə dünyada ən iri "Viagogo" birjasının rəsmi tərəfdaşıdır. 

Bundan başqa, basabas.az platformasının VIP-servisi hətta saytda təqdim olunmayan tədbirlərə bilet almağa da kömək edəcək. Adı çəkilən servisin təcrübəli komandası bütün işi görəcək və tədbirin başlamasına qədər sifarişin yerinə yetirilməsinə nəzarət edəcək. 

Son xəbərlər

Orphus sistemi