Azərbaycanda bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

Azərbaycanda bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb Radiotezlik istifadəçilərinin sayı isə sentyabrın 1-nə 470-ə çatıb
İKT
8 Sentyabr , 2015 13:09
Azərbaycanda bu il 5 minədək radiotezlik vasitəsi qeydiyyata alınıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin sentyabrın 1-nə Dövlət Radiotezliklər İdarəsində (DRİ) 470 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatda olub. 

DRİ-dən "Report"a verilən məlumata görə, bundan 70 istifadəçi dövlət, 329 istifadəçi kommersiya, 31 istifadəçi xarici təşkilat və 40 istifadəçi isə fiziki şəxslərdir. 

Cari ilin ötən dövrü ərzində 4 911 ədəd radioelektron vasitəsi (REV) İdarə tərəfindən qeydiyyata alınıb. 

DRİ-də qeydiyyatda olan REV-in ümumi sayı isə 48 276 ədədə çatıb.

Son xəbərlər

Orphus sistemi