Yuxarı

​Azərbaycanda arayış üçün artıq "JEK"ə getməyə ehtiyac yoxdur

Bu xidmətdən internet üzərindən istifadə etmək mümkün olub

Bakı. 4 avqust. REPORT.AZ/ Artıq "Yaşayış yeri haqqında arayış" əldə etmək üçün mənzil-kommunal istismar idarəsinə (MKİİ) və ya digər qurumlara getməyə ehtiyac olmayacaq. Məlumat Hesablama Mərkəzindən (MHM) "Report"a bildirilib ki, “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə, heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən rahat bir şəkildə arayışı əldə etmək mümkündür.

Bunun üçün portalda autentifikasiyadan keçmək və həmin elektron xidməti seçmək lazımdır. Xidməti seçdikdən sonra “Yaşayış yeri haqqında arayış” portal tərəfindən avtomatik olaraq formalaşdırılacaq.

Arayışları elektron şəkildə istənilən təşkilata göndərmək və ya çap edərək aidiyyəti quruma təqdim etmək mümkündür. E-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir, eyni zamanda onun mövcudluğu portal vasitəsilə yoxlanıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi