Azərbaycanda 400 poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün olub

Azərbaycanda 400 poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün olub Bakı. 16 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin filialları əlavə 300 ədəd xüsusi qurğu (kartrider) ilə təchiz edilib. 
İKT
16 Noyabr , 2017 17:59
Azərbaycanda 400 poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün olub
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-nin filialları əlavə 300 ədəd xüsusi qurğu (kartrider) ilə təchiz edilib. 

Nazirlikdən “Report”a daxil olan məlumata görə, hazırda regionlarda 128, Bakıda isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.

Bundan əlavə, poçt şöbələrində elektrik enerjisi üzrə də “smart kart”ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində elektrik “smart kart”larına ödənişlər həyata keçirilir. 

Qurumun açıqlamasında deyilir ki, məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi