Azərbaycanda 20-dən çox parkda pulsuz wi-fi quraşdırılıb

Azərbaycanda 20-dən çox parkda pulsuz wi-fi quraşdırılıb Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda artıq 20-dən çox parkda pulsuz wi-fi şəbəkəsi quraşdırılıb.
İKT
19 Dekabr , 2017 13:35
Azərbaycanda 20-dən çox parkda pulsuz wi-fi quraşdırılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanda artıq 20-dən çox parkda pulsuz wi-fi şəbəkəsi quraşdırılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Bakıda keçirilən Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) üzvlərinin aylıq işgüzar nahar zamanı bildirib.

Nazir qeyd edib ki, turistlərin və vətəndaşların internetə rahat daxil olması üçün işlər davam etdirilir və parklar pulsuz wi-fi-la təmin olunur.

R.Quluzadə həmçinin ölkənin ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peyki üzrə işlərin plan üzrə getdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi