Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib Müraciət üçün son müddət 31 mart saat 18:00-dır
İKT
17 Mart , 2017 09:40
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə elan edib

Bakı. 17 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gəminin üçölçülü layihələndirilməsi və işçi-konstruktor sənədlərinin hazırlanması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış proqram təminatı məhsulunun tətbiqinə dair texniki tapşırğın alınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, müraciət üçün son müddət 31 mart saat 18:00-dır.

Sənədlər Bakı şəhəri, M.Rəsulzadə küçəsi, 5 ünvanına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi