"Azərbaycanda elektron imza ilə bağlı qanunvericilikdə xarici sertifikat mərkəzlərinin verdiyi sertifikatların tanınma mexanizmləri mövcuddur. Odur ki, Türkiyə şirkətlərinin Azərbaycanda verdiyi sertifikatlar məqbul sayıla bilər. Azərbaycanda da "elektron hökumət" portallarına girmək üçün elektron imza əsas götürülür. Bu vasitələrin tanınması baş tutarsa, bu, artıq çox qapıları aça bilər", - deyə E.Vəlizadə qeyd edib.
Nazir müavini əlavə edib ki, Azərbaycanda verilən elektron sertifikatlar da öz növbəsində Türkiyədə tanına bilər: "Çünki Azərbaycanda tətbiq edilən "elektron imza" texnologiyası dünyada qəbul olunan sistemə uyğundur və bu istiqamətdə müəyyən addımlar atmaq mümkündür".