​Azərbaycan və BMTİP əməkdaşlığın yeni istiqamətlərini müzakirə edir

​Azərbaycan və BMTİP əməkdaşlığın yeni istiqamətlərini müzakirə edir Əli Abbasov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Brukla görüşüb
İKT
4 Fevral , 2015 17:19
​Azərbaycan və BMTİP əməkdaşlığın yeni istiqamətlərini müzakirə edir

Bakı. 4 fevral. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brukla görüşüb.

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkədə aparılan islahatları yaxından izlədiyini deyən, həmçinin respublikanın iqtisadi inkişafında İKT-nin prioritet amil kimi önə çəkilməsindən məmnunluğunu ifadə edən BMT rəsmisi Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində yüksək texnologiyalar sahəsi üzrə aparılan işlərdən danışıb. BMT-nin İnkişaf Proqramının Azərbaycan hökuməti ilə tərəfdaşlığının dinamik və genişmiqyaslı olduğunu vurğulayan A.Bruk Azərbaycanın koordinatorluq etdiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinə ciddi marağın olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin İKT sahəsində BMTİP ilə əməkdaşlığın yeni istiqamətləri, o cümlədən 2015-ci il ərzində həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi