Azərbaycan və Belarus kosmik tədqiqatlar sahəsində əməkdaşlığı artırır

Azərbaycan və Belarus kosmik tədqiqatlar sahəsində əməkdaşlığı artırır Yanvarda azərbaycanlı mütəxəssislər qrupu Minskə səfər edəcək
İKT
17 Dekabr , 2014 18:16
Azərbaycan və Belarus kosmik tədqiqatlar sahəsində əməkdaşlığı artırır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Kosmik tədqiqatlar sahəsi - yüksək texnologiyalar üzrə Azərbaycan-Belarus əməkdaşlığının ən əsas mövzusudur".

"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç mətbuat konfransında bildirib.

O qeyd edib ki, həm Azərbaycan, həm də Belarus Yeri kürrəsini öyrənə biləcək peyklərə malikdir. O əlavə edib ki, bu yaxınlarda iki peykin idarə olunma hüququ Azərbaycana keçir: "Belarus alimləri hesab edirlər ki, birlikdə biz bu istiqamətdəki elmi tədqiqatlarda böyük uğur əldə edə bilərik və bu sahədəki əməkdaşlığımızın səmərəsi daha da effekiv ola bilər. Buna görə də bu istiqamətdə əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir".

Səfir bildirib ki, gələn ilin yanvar ayında azərbaycanlı mütəxəssislər qrupu Minskə səfər edəcək. "Qarşılıqlı əməkdaşlığın bir sıra məsələləri müzakirə olunacaq. Biz həmçinin iki ölkənin rabitə nazirlərinin görüşünün keçirilməsinə ümid edirik. 2015-ci ilin birinci rübündə Minskdə toplaşan hökumətlərarası komissiya həmçinin yüksək texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edəcək".

Son xəbərlər

Orphus sistemi