Azərbaycan və Avstriya nəqliyyat və İKT sahəsi üzrə işçi qrupu yaradır

Azərbaycan və Avstriya nəqliyyat və İKT sahəsi üzrə işçi qrupu yaradır Bakı. 23 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İKT
23 Fevral , 2018 17:51
Azərbaycan və Avstriya nəqliyyat və İKT sahəsi üzrə işçi qrupu yaradır
Report

Bakı. 23 fevral. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Report”a daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə Avstriya Milli Şurasının (Parlament) turizm, ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar, nəqliyyat sahələri üzrə rəsmi şəxslər və şirkət rəhbərləri daxildir.

Görüşdə nazir Ramin Quluzadə ölkədə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. O, Azərbaycanla Avstriya arasında bütün istiqamətlərdə genişlənən əməkdaşlıq əlaqələrinin nəqliyyat və yüksək texnologiyalar sahəsində də uğurla davam etdirildiyini vurğulayıb, ölkələr arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğuna diqqət çəkib, gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən A. Rayxhardt ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Baş katib ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, informasiya və kommunikasiya texnologiyalar (İKT) sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, Azərbaycanda yaradılan sənaye zonalarının əhəmiyyətini vurğulayıb və bu sahədə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Qarşılıqlı investisiya qoyuluşları, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes-forumun təşkilinin müzakirə olunduğu görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex də iştirak ediblər. Sonda iki nazirlik arasında anlaşma memorandumunun imzalanması, nəqliyyat və İKT sahəsi üzrə işçi qrupunun yaradılması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi