Azərbaycan və Argentina nüvə tədqiqatları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Argentina nüvə tədqiqatları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib Argentinanın "INVAP" şirkətinin rəhbəri Azərbaycana təkliflərini təqdim edib
İKT
22 Sentyabr , 2015 14:26
Azərbaycan və Argentina nüvə tədqiqatları sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan Argentinanın xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

RYTN-dən “Report”a verilən məlumata görə, nazir rabitə, İKT, yüksək texnologiyalar, kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.

Argentinanın kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində qazandığı uğurlardan danışan Ə.Abbasov Azərbaycanda da bu iki istiqamətin prioritet kimi önə çəkildiyini diqqətə çatdırıb, Azərbaycanın hazırda kosmik sahədə “Azərspace-1” telekommunikasiya və “Azersky” Yer səthinin məsafədən müşahidə peykinə malik olduğunu qeyd edib, dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyaları sahəsində həyata keçirilən layihələrdən söz açıb.

E.Zuain də iki ölkə arasında son illər bütün istiqamətlər üzrə uğurla davam edən əməkdaşlığın mövcud səviyyəsinin məmnunluq doğurduğuna diqqət çəkərək, gələcək əməkdaşlıq istiqamətləri, perspektivləri ilə bağlı öz fikirlərini paylaşıb, Argentinanın kosmik və nüvə texnologiyaları üzrə ixtisaslaşan "INVAP” şirkətinin rəhbəri isə Azərbaycana təkliflərini səsləndirib.

Görüşdə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətləri də ətraflı müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi