Yuxarı

Azərbaycan Texniki Universitetində “Nar” günü keçirilib

“Nar” fərqlənən tələbələr üçün xüsusi mükafat təsis edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Nar” şirkətinin KSM strategiyası çərçivəsində bu gün Azərbaycan Texniki Universitetində (AzTU) “Nar” günü keçirilib.

Şirkətdən “Report”a bildirilib ki, “Nar” günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verilib.

Beləliklə, hər semestrdə ən yaxşı nəticələri göstərən 3 tələbə artıq “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif olunacaq. İmtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutan tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar”ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.

Bununla yanaşı, bir neçə ay əvvəl Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilən “Nar” laboratoriyasının açılışını edən mobil operator universitet ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Qeyd edək ki, Azərbaycan Texniki Universiteti ilə imzalanan tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə “Nar” GSM laboratoriyası yaradılıb. Tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanıblar. “Nar”ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atıb. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulan təcrübə proqramı “Nar”ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi